00:00:00
Yazar
Admin User
05.03.2025 19:24 215 2 dəq oxuma
Dünya

Çip istehsalçısı TSMC ABŞ-a 100 milyard dollar sərmayə qoyur

Çip istehsalçısı TSMC ABŞ-a 100 milyard dollar sərmayə qoyur

ABŞ prezidenti Donald Tramp, Tayvanda yerləşən çip istehsalçısı TSMC-nin ABŞ-da yarımkeçirici istehsal müəssisələri yaratmaq üçün 100 milyard dollar sərmayə qoyacağını açıqlayıb.  

Tramp, Ağ Evdə keçirdiyi mətbuat konfransında TSMC-nin ABŞ-a investisiyası ilə bağlı məlumat verib.

 

TSMC-nin ən müasir yarımkeçirici istehsal müəssisələrini qurmaq üçün qısa müddətdə ABŞ-da ən azı 100 milyard dollarlıq yeni sərmayə qoyacağını ifadə edən Tramp, sərmayənin böyük hissəsinin Arizona əyalətində olacağını bildirib.  

"ƏN GÜÇLÜ SÜNİ ZEKA ÇİPLƏRİ ABŞ-DA İSTEHSAL EDİLƏCƏK"

Tramp qeyd edib ki, dünyanın ən güclü süni intellekt çipləri ABŞ-da istehsal olunacaq. Sözügedən investisiya məbləğinin 5 istehsal müəssisəsinin tikintisinə xərclənəcəyini açıqlayan Tramp, minlərlə adamın işlə təmin olunacağını bildirib.

 

Tramp bildirib ki, sərmayə yüzlərlə milyard dollarlıq iqtisadi fəaliyyət yaradacaq və ABŞ-ın süni intellektdə və ondan kənarda hökmranlığını artıracaq.  

Yarımkeçiriciləri 21-ci əsr iqtisadiyyatının “onurğa sütunu” kimi xarakterizə edən Tramp vurğulayıb ki, ABŞ ehtiyac duyduğu çipləri öz daxilində istehsal edə bilməlidir.

 

"Bildiyiniz kimi, Tayvanın bu bazarda monopoliyaya yaxındır. Məncə, az qala sözünün hətta düzgün termin olduğunu düşünmürəm. Onların monopoliyası var. Bu, dünyanın ən güclü şirkətinin çox böyük addımıdır. Bu, iqtisadi təhlükəsizlik məsələsidir. Bu, həm də bizim üçün milli təhlükəsizlik məsələsidir", - Tramp deyib.

 

TSMC Baş İcraçı Direktoru (CEO) C.C. Wei həmçinin bildirib ki, şirkət Arizonada mövcud 65 milyard dollarlıq investisiyaya əlavə olaraq 100 milyard dollar sərmayə qoyacağını elan etməkdən məmnundur.  C.C. Wei, süni intellektin və smartfonların inkişafını dəstəkləmək üçün çoxlu çiplər istehsal edəcəklərini bildirdi.

 

 

HaberTürk

Çinarə Tarverdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər