00:00:00
Yazar
Admin User
14.11.2025 18:27 153 1 dəq oxuma
Siyasət

Cənubi Koreya ABŞ-dən 25 milyard dollarlıq silah alacaq

Cənubi Koreya ABŞ-dən 25 milyard dollarlıq silah alacaq

Cənubi Koreya 2030-cu ilə qədər ABŞ istehsalı olan hərbi texnikanın alınmasına 25 milyard dollar ayırmağı planlaşdırır.


Mövzu ilə əlaqədar politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Cənubi Koreyanın ABŞ-dən 25 milyard həcmində silah almasının böyük ehtimalla iki önəmli səbəbi var:


“Birincisi ondan ibarətdir ki, Cənubi Koreya Şimali Koreya ilə düşmənçilik münasibətindədir. Şimali Koreya öz resurslarının böyük hissəsini silahlanmaya xərcləyir, nüvə silahı yaratmaqla məşğuldur, belə silahlara sahibdir. Kütləvi qırğın silahları Şimali Koreya ordusunun arsenalında mövcuddur. Ona görə də Cənubi Koreya qonşu düşmən ölkəylə hərbi balansın təmin olunması üçün hərbi müdafiə qabiliyyətlərini yüksəltməyə çalışır. Digər önəmli səbəb ondan ibarətdir ki, Cənubi Koreyanın ABŞ-nin dəstəyinə ehtiyacı var. Ona görə də Cənubi Koreyada iri məbləğli silah-sursat alınması qarşılıqlı münasibətlərin daha da yüksəlməsinə yol açan addımdır. ABŞ-nin prezidenti Donald Tramp bu yaxınlarda Cənubi Koreyaya səfər edib və böyük ehtimalla 2030-cu ilə qədər 25 milyardlıq ABŞ istehsalı olan silahların alınması məhz Trampın Koreyaya son səfəri zamanı planlaşdırılmış anlaşma sazişi ola bilər. Tramp adətən belə addımları sevir, münasibətlərin yüksəldilməsi perspektivləri daha çox iqtisadi-ticarət faktorları üzərindən təyin etməyə çalışır. Bu da ola bilər ki, Cənubi Koreya ilə münasibətlərdə xüsusi rol oynaya biləcək məqamdır”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər