Cənubi Koreya Elon Maska vergi endirimi təklif edib
Cənubi Koreya prezidenti Yoon Suk Yeol ABŞ-a 6 günlük səfəri çərçivəsində paytaxt Vaşinqtonda SpaceX kosmik şirkətinin sahibi, amerikalı milyarder İlon Mask ilə görüşüb.
İnformator.az Euronews-a istinadən xəbər verir ki, Cənubi Koreyanın rəsmi xəbər agentliyinin verdiyi açıqlamada görüş tələbinin Maskdan gəldiyi bildirilib.
Əlavə olara, Yoonun Muska Cənubi Koreyanın Tesla fabrikinin qurulması üçün ideal ölkə olduğunu dair fikirlər də qeyd olunub. Bildirilib ki, Yoon Mask ölkəyə sərmayə qoyacağı təqdirdə vergi endirimi ediləcəyini də təklif edib.
Elon Mask isə Cənubi Koreyanın Tesla fabriki qurmaq üçün ən yaxşı ölkələrdən biri olduğunu və tezliklə Cənubi Koreyaya səfər etməyi planlaşdırdığını bildirib.
Fatima
