Cənubi Koreyalı Li Trampla ilk zirvə görüşündə sınaq qarşısında
Cənubi Koreyanın yeni prezidenti Li Jae Myung Vaşinqtonda ABŞ prezidenti Donald Trampla ilk sammitə çıxır. Ölkə iqtisadiyyatı ABŞ-yə bağlıdır, təhlükəsizlik də Vaşinqtonun qoşunları və nüvə qoruması ilə təmin olunur. Li balanslı əməkdaşlıq istəyir, həm də Çinlə münasibətləri gərginləşdirməməyə çalışır.
Li səfərdən əvvəl Pekinə nümayəndə heyəti göndərib. Tramp Cənubi Koreyanı “pul maşını” adlandıraraq tənqid edib. Analitiklərə görə, Li sammitdə yaxşı təəssürat yaratmaq və sürprizlərdən yayınmaq istəyir. Prezident səfər zamanı Trampın “Müqavilənin Sənəti” kitabını oxuduğunu deyib. ABŞ-nin sərt tarifləri fonunda son anda razılaşma əldə olunub, amma böyük investisiya detalları hələ də açıqdır.
Rəsmilər sammitin əsas mövzusunun təhlükəsizlik olacağını bildirir. Ticarət məsələlərinin isə sadə saxlanılması gözlənilir. Li görüşdən sonra Filadelfiyada Hanwha Qrupuna aid gəmiqayırma zavodunu ziyarət edəcək. Bu əməkdaşlıq ABŞ-nin zəifləmiş gəmiqayırma sektoruna dəstək məqsədi daşıyır.
Reuters
Qemer Kazımzadə