Cənubi Qafqazda ABŞ-nin mövqeyi güclənir
ABŞ nümayəndələrinin gələn həftə Ermənistana səfəri gündəmə gəlib. “Tramp marşrutu” adlandırılan Zəngəzur dəhlizi layihəsinin siyasi və iqtisadi detalları müzakirə olunacaq. Səfərin əsas məqsədi razılaşmaların həyata keçirilməsi üçün konkret addımları dəqiqləşdirməkdir.
Mövzu ilə bağlı politoloq Elman Vəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, güc balansını nizamlamaq artıq Rusiyanın əlindən çıxıb:
"ABŞ artıq Cənubi Qafqaza dönüb. Bölgə dövlətlərinə gəldikdə isə yenə də ən güclüsü Azərbaycandır.
Bu layihənin Azərbaycan-Ermənistan münasibətlərinə yeni nəfəs gətirəcəyini ehtimal edirəm. Tərəflər arasında futbol sahəsində olan qadağalar belə aradan qalxacaq.
"Tramp marşrutu" daha çox iqtisadi planlamadır. Hər üç tərəf üçün iqtisadi qazanc olacaq. Geosiyasi bir amili deyə bilərəm ki, Cənubi Qafqazın hər üç dövləti NATO “stili”nə keçid edəcək. ABŞ-nin də istədiklərindən biri də budur".
Billurə Quliyeva
