"Co Baydenə impiçment tədbiq olunacaq"
"Bank qeydləri göstərir ki, təxminən 20 milyon dollar Bayden ailəsi üzvlərinə və tərəfdaşlarına müxtəlif şirkətlər vasitəsilə yönəldilib". Birləşmiş Ştatların Nümayəndələr partiyasının sədri Kevin Makkarti mətbuat konfransında belə deyib. Bildirib ki, şahidlər prezidentin bir neçə dəfə telefon danışıqlarına qoşulduğunu və çoxlu qarşılıqlı əlaqədə olduğunu ifadə ediblər.
"Co Baydenə impiçment tədbiq olunacaq". Nümayəndələr Palatasının sədri Kevin Makkarti belə deyib. O, Birləşmiş Ştatlar Prezidentinin ərtafında korrupsiya mədəniyyəti aşkar etdiklərini iddia edib. İstintaq prezidentin oğlu Hantır Baydenin qanunsuz biznes əlaqələrinin olması və qanunsuz biznes sazişlərindən faydalanıb-faydalanmamsı ilə bağlı ittihamlara diqqət yetirəcək. Lakin aylarla davam edən araşdırmalar hələ də Baydenin qanunuz hərəkətləri ilə bağlı konkret sübutlar ortaya çıxarmayıb. Bu iddiaları Demokratlar tənqid edib. İmpiçment təhqiqatını Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Komer aparacaq. Makkarti Baydenin telefon danışıqları haqqında da danışıb.
ABŞ-nin Nümayəndələr Palatasının sədri Kevin Makkarti belə deyib: “Araşdırmalarımız nəticəsində biz prezident Baydenin Amerika xalqına ailəsinin xarici biznes sövdələşmələri haqqında öz məlumatı ilə bağlı yalan danışdığını aşkar etdik. Şahidlər prezidentin bir neçə dəfə telefon danışıqlarına qoşulduğunu və çoxlu qarşılıqlı əlaqədə olduğunu ifadə ediblər. Onlar biznes tərəfdaşlarına maşınlar və milyonlarla dollar qazandırıb. Bank qeydləri göstərir ki, təxminən 20 milyon dollar Bayden ailəsi üzvlərinə və tərəfdaşlarına müxtəlif şirkətlər vasitəsilə yönəldilib. Təkcə Xəzinədarlıq Departamentində Bayden ailəsi və BŞ bankları şübhəli fəaliyyət kimi qeyd olunan digər biznes tərəfdaşları ilə bağlı 150-dən çox əməliyyat var”.
Makkarti həmçinin qeyd edib ki, əldə edilən sübutlar prosesi müəyyən edəcək. Ağ Ev Baydenə oğlu Hantır Baydenin qanunsuz biznes əlaqələriylə bağlı açılan impiçment araşdırmasını qınayıb. Bunu prezident seçkilərindən bir il əvvəl siyasi hərəkət kimi qiymətləndirib. Respublikaçılar Hantırın 2009-2017-ci illər arasında vitse-prezident vəzifəsində işlədiyi müddətdə xarici biznes fəaliyyətlərindən qazanc əldə etməkdə ittiham ediblər, lakin lazımi sübutları təqdim olunmayıb. Bundan əlavə Birləşmiş Ştatlar Konstitusiyası, Konqresə prezident də daxil olmaqla federal məmurları dövlətə xəyanət, rüşvətxorluq və digər yüksək cinayətlər və pis əməllərə görə impiçment etmək səlahiyyəti verir. Prezidentin impiçmentə məruz qalması üçün Nümayəndələr Palatası sadə səs çoxluğu ilə maddələri qəbul etməli, sonra isə Senat üçdə iki səs çoxluğu ilə təsdiq etməlidir. Onun təqsirli bilinməsi üçün məhkəmə prosesi keçirməlidir. Bundan əlavə Kanzas şəhərinin senatı saxta hesabların olduğunu deyir.
Kanzas şəhərinin senatı Racır Marşal korrupsiya iləbağlı vacib suallar olduğunu deyib: “Bilirik ki, saxta hesablar var. Hansı ki bu hesablar Birləşmiş Ştatlara aiddir. Bu hesablarda milyon dollarlıq vəsait olması barədə əlimizdə məlumatlar var. Bu mütləq şəkildə tam tədqiq olunmalıdır”.
Xatırladaq ki, Baydenin Respublikaçı sələfi Donald Trampa da 2019 və 2021-ci ildə iki dəfə impiçment tələb olunub. O vaxt Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası bu tələbə yaşıl işıq yandırsa da, demokratların nəzarətində olan Senat rədd edib.
İlkin
