00:00:00
Yazar
Admin User
21.06.2025 19:23 83 1 dəq oxuma
Dünya

Çətin günlər bizi gözləyir

Çətin günlər bizi gözləyir

 

İsrail ilə İran arasında doqquz gündür davam edən müharibə bütün şiddəti ilə davam edir. Bu müddət ərzində İsrailin Baş Qərargah rəisi Eyal Zamir diqqətçəkən bir açıqlama verib. Zamir bildirib: “İrana qarşı uzunmüddətli bir müharibəyə hazır olmalıyıq. Qarşıda hələ də çətin günlər var".

 

İsrail vətəndaşlarının İrana qarşı “uzunmüddətli müharibəyə” hazır olmalı olduğunu bildirən Zamir deyib: “Müharibə hələ başa çatmayıb. Əhəmiyyətli nəticələr əldə etmiş olsaq da, qarşıda bizi hələ çətin günlər gözləyir".

Zamir, İrana qarşı səkkiz gündür apardıqları hücumların “qeyri-adi nəticələr” verdiyini iddia edərək əlavə edib: “Bir sıra mümkün inkişaflara qarşı hazırlıq görürük. Tariximizin ən mürəkkəb müharibəsinə daxil olmuşuq".

 

İsrail 13 iyun tarixində İranın müxtəlif şəhərlərindəki nüvə obyektləri başda olmaqla, ordunun yüksək komanda heyətini də hədəf alan genişmiqyaslı hücumlar həyata keçirib.

İranda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun baş komandanı və bəzi yüksək rütbəli komandirlər, həmçinin 9 nüvə alimi bu hücumlarda həlak olub.

İranın Səhiyyə Nazirliyi 15 iyun tarixində verdiyi açıqlamada, İsrailin hücumlarında ümumilikdə 224 mülki şəxsin həyatını itirdiyini, 1277-dən çox insanın yaralandığını bildirib.

İran ordusunun İsrailə ballistik raketlərlə etdiyi cavab hücumlarında isə 25 nəfərin öldüyü, 2517 nəfərin yaralandığı qeyd olunub.

Türkiyə başda olmaqla bir çox ölkə İsraili qınayıb.

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər