Çətənə istehsalçısı həbs edildi
Qəbələdə fındıq bağında çətənə kolu yetişdirən şəxs həbs olunub
"İnformator.az. xəbər verir ki, ona məxsus fındıq bağında kultivasiya edərək yetişdirdiyi 107 ədəd çətənə bitkisi aşkar olunub.
N.Alxasov çətənə kollarını satış məqsədilə əkdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.