Dövlət Baxçalı qrup toplantısında çıxış edərək CHP-ni tənqid edib
MHP sədri Dövlət Baxçalı ürək qapağı əməliyyatından təxminən 5 ay sonra partiyasının qrup toplantısında çıxış edib. Baxçalı qrup kürsüsünə sonuncu dəfə yanvarın 28-də çıxıb.
Baxçalı çıxışına "Türk milləti necə də xoşbəxtdir. Biz burada dayanırıq, buradayıq" sözləri ilə başlayıb. MHP lideri çıxışında CHP rəhbərliyini hədəfə alıb. Baxçalı, dünyada baş verən hadisələrə münasibət bildirdikdən sonra, "Əsas milli məsələlərdə güzəştə getməmək düşmən ambisiyalarının vətənimizə çatmasına açıq şəkildə yol açır" deyib.
Dövlət Baxçalı həmçinin BMT-nin İsrailə hərbi müdaxilə etməli olduğunu müdafiə edib. MHP lideri qrup toplantısında çıxışını 30 dəqiqədən az bir müddətdə tamamlayıb. Fevralın 14-də xəstəxanadan çıxdığı açıqlanan Baxçalı əməliyyatdan sonra ilk dəfə 4 apreldə MHP-nin qurucu sədri Alpaslan Türkeşin vəfatının ildönümündə onun məzarını ziyarət edərkən ictimaiyyət qarşısında çıxış edib.
Mayın 27-də DEM Partiyasının nümayəndə heyəti ilə görüşə gəldiyi TBMM-dən çıxarkən jurnalistlərə “İnşallah bayramdan sonra qrupa gələcəm” desə də, bayramdan sonrakı ilk çərşənbə axşamı qrup toplantısına qatılmayıb.
BBC News
Aysel Mirzəyeva