00:00:00
Yazar
Admin User
16.04.2025 08:09 222 1 dəq oxuma
Sosial

Dövlət Sosial Müdafiə Fondunda yüksək vəzifəyə YENİ TƏYİNAT

Dövlət Sosial Müdafiə Fondunda yüksək vəzifəyə YENİ TƏYİNAT

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri təyin edilib.


“İnformator.az” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

 


Qeyd edək ki, Zəka Mirzəyev 2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb. 2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.

 

Xatırladaq ki, DSMF-nin keçmiş sədri Himalay Məmişov Prezidentin müvafiq sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər