Dünya cəhənnəmə çevrilə bilər
Kreml sözçüsü Dmitri Peskov İsrailin İranda hakimiyyət dəyişikliyi ilə bağlı açıqlamalarını tənqid edərək, digər ölkələrin bu kimi mövzuları müzakirə etməməli olduğunu bildirib. Peskov açıqlamasında “Hər hansı bir ölkə və ya ölkələr qrupu digər ölkələrdə hakimiyyət dəyişikliyini müzakirə etməməlidir. Əgər bu baş verərsə, dünya cəhənnəmə çevrilə bilər”, – deyə bildirib.
Kreml sözçüsü Dmitri Peskov "Rossiya-1" televiziya kanalına verdiyi açıqlamada mühüm mesajlar verib. Peskov İsrailin İranda hakimiyyətin dəyişdirilməli olduğu ilə bağlı açıqlamasına dair “Hər hansı bir ölkə və ya ölkələr qrupu digər ölkələrdə hakimiyyət dəyişikliyini müzakirə etməməlidir. Əgər bu baş verərsə, dünya cəhənnəmə çevrilə bilər”, – deyə bildirib.
Fransa Prezidenti Emmanuel Makronun “Avropa İttifaqının (Aİ) yeni sanksiya paketinin Rusiyanı danışıqlar masasına gətirəcəyi” ilə bağlı açıqlamasını şərh edən Peskov deyib: “Rusiyanı danışıqlar masasına ancaq məntiq və arqumentlər gətirə bilər. Rusiyanı təzyiq və ya güc yolu ilə razı salmaq mümkün deyil".
Haberler.com
Aygün Babayeva