00:00:00
Yazar
Admin User
14.07.2023 16:54 329 2 dəq oxuma
Dünya

Dünya “Kerberos” isti hava dalğasının həyəcan siqnalını verir

Dünya “Kerberos” isti hava dalğasının həyəcan siqnalını verir

Mütəxəssislər bildirirlər ki, Avropa və Şimali Afrikanı yandıran isti dalğası bəzi yerlərdə rekord həddə çata bilər. Rekord temperaturun müşahidə olunduğu ölkələr sırasında İtaliya, İspaniya və qonşu Türkiyə də var.

 

İnformator.az xəbər verir ki, İspaniya, Fransa, Yunanıstan, Xorvatiya və Türkiyədə havanın temperaturu 40 dərəcəni keçə bilər. Mütəxəssislər İtaliyanın Florensiya və Roma şəhəri də daxil olmaqla on şəhərin qırmızı zonaya daxil olduğunu elan edib. Ölkəyə gələn turistlərin də istidən huşunu itirdiyi barədə məlumatlar artııq mətbuatda ən çox tirajlanan xəbərlərə çevrilib. Ən pisi də odur ki, meteroloqlar sözügedən ərazilərdə temperaturun 48.8-dək artacağı bildirirlər. Leypsiq Universitetinin professoru Karsten Hausteynin fikrincə, bu ay tarixdə ən isti ay kimi qeydə alına bilər.

 

Meteoroloq Karsten Austin bildirib ki, tarixin ən isti ayı dedikdə, son 120 min ilin ən isti ayı nəzərdə tutulur: “Növbəti bir neçə gün ərzində Cənub yarımkürəsində temperatur bir qədər aşağı düşəcək, lakin El Nino gücləndikcə iyul və avqust aylarında daha isti günlər görəcəyik”.

 

İspaniya da həddindən artıq isti dalğası ilə üzləşib. Paytaxt Madrid də daxil olmaqla ölkənin bəzi bölgələrində havanın temperaturu 40 dərəcəyə çatdığı üçün narıncı zonaya daxil edilib. Teruel, Saraqosa və Albasete əyalətlərində isə hərarət 43 dərəcəyə yüksəlib. Üç əyalət qırmızı zonaya daxil edilib. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca da Türkiyədə gözlənilən anomal istilərə görə vətəndaşlara xəbərdalıq edib.

 

Yunanıstanın Əmək Nazirliyi bu gündən bazar gününə qədər temperatur yüksək olacağı üçün 12.00-dan 17.00-a qədər, xüsusilə ağır iş şəraitində işləyənlərin əmək fəaliyyətini qadağan edib. Meteorologiya xidmətinin məlumatına görə, paytaxt Afinada temperaturun cümə axşamı 40 dərəcəyə, şənbə günü isə 44 dərəcəyə çatacağı gözlənilir.

 

Ümumdünya Meteorologiya Təşkilatının İqlim Xidmətləri DirektoruKris Hevit bilidirib ki,iyulun ilk həftəsi dünyada "ən isti həftə" olub: “Dəniz səthinin temperaturu çox yüksəkdir, eləcə də dəniz buzları Antarktidada "görünməmiş" sürətlə əriyir. Ona görə də naməlum bir dövrdəyik. El Nino get-gedə inkişaf etdikcə daha çox rekordlar gözləyə bilərik və bu təsirlər 2024-cü ilə qədər uzana bilər. Bu, planet üçün olduqca qorxulu bir xəbərdir”.

 

Xatırladaq ki, Avropanın rekord yüksək temperaturlarının yaşandığı 2022-ci ilin yayında isti havalar səbəbindən 61 mindən çox insan həyatını itirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər