00:00:00
Yazar
Admin User
23.10.2023 16:29 370 2 dəq oxuma
Dünya

Dünyada gedən proseslər demək olar ki, "soyuq müharibəni" meydana gətirib

Dünyada gedən proseslər demək olar ki, "soyuq müharibəni" meydana gətirib

“Baydenin son çıxışı dünyada birmənalı qarşılanmadı, çünki Bayden ölkəsinin dominant ölkə olmasını diqqətə gətirir. Yer kürəsində gedəcək proseslər istər yeni dünya nizamının formalaşmasına aid olsun, istərsə də yox,
bunların hamısı ABŞ-ın nəzarəti altında keçməlidir”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Tofiq Abbasov qeyd edib. Politoloq deyir ki, belə yanaşmanı bir çox geosiyasi çəkiyə malik dövlətlər də narazılıqla qarşılayıb.

 

“Bu çıxış III Dünya müharibəsi kanteksində qiymətləndirilir. Hesab edirəm ki, bu ilk növbədə psixoloji təsir gedişidir. Bu proses ABŞ-ın rəqiblərinə hesablanıb ki, burada Rusiya, Çin və başqa dövlətlər də fəaliyyət göstərir. Düşünürəm ki, bu çıxışla bağlı narazılıq var və müəyyən hazırlıqlar da həyata keçəcək”.

 

Tofiq Abbasov əlavə edir ki, biz Çin Xalq Respublikası Si Cinpin ilə Vladimir Putin də danışıqlar aparmasının şahidi olduq.

 

“Bu iki liderin son illər ərzində 40-dan çox görüşü olub. Son danışıqlarda Pekində geniş müzakirəli olub. Unutmayaq ki, Çinin Tayvan problemi var, Rusiya Ukraynada hərbi əməliyyatlar aparır və ABŞ-ın sözünə məhəl qoymur. Xüsusilə, Çin və Rusiya artıq qırmızı xətlərini çəkiblər və bildirlər ki, ABŞ-ın sözünə məhəl qoymayacaqlar. İstisna olunmur ki, Çin Xalq Respublikası Tayvan adasının müqəddəratını özünü bildiyi kimi həll edəcək, çox güman ki, bu hərbi yolla olacaq. Bu proseslərin hamısı demək olar ki, Soyuq müharibəni meydana gətirib”.

 

Politoloq düşünür ki, qarşıdurmalar tez-tez olacaq.

 

“Düşünürəm ki, bu qarşıdurma qığılcımları tez-tez baş verəcək. Heç də etmək olmaz ki, regionlar arası qarşıdurmalar da meydana gəlsin”.

 

Asiman Hafizqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər