00:00:00
Yazar
Admin User
19.09.2025 19:50 156 2 dəq oxuma
Siyasət

Düşmənlikdən dostluq masasına

Düşmənlikdən dostluq masasına

Tarix boyu dövlətlər öz müəyyən maraqları,mənfəəti üçün bir-birlərinə qarşı münasibətlərini ya sərtləşdirib, ya da yumşaltmaqla fərqləniblər. Suriyanın xarici işlər naziri 25 ildə ilk dəfə ABŞ-yə səfər edəcək.

 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlaçısında bildirib ki,strateji yanaşma gələcək münasibətlərin taleyini müəyyən edəcək:

 

“Amerika və Suriya arasındakı diplomatik münasibətlərin keşməkeşli tarixi, SSR meyilli, daha sonra isə Rus meyilli Bas rejiminin qurulması ilə başlayır. Ərəb baharı başlayanda ,hadisələr Suriyaya sıçrayanda və Əsədə qarşı kütləvi etirazlar vətəndaş müharibəsinə çevriləndə, ABŞ-nin bu etirazlara dəstək verməsi ilə hərbi qarşıdurma riski yüksəlib.Əsəd rejimi Rusiya və İranın dəstəyi ilə hakimiyyətdə qalsa da, Türkiyənin həlledici müdaxiləsi ilə devrilib və ABŞ-Suriya qarşıdurması sonlanıb.
Əl-Şara hakimiyyəti bütün dünyaya demokratikləşmə, müasirləşmə istəklərini bildiriblər. Əl-Şara rejimi həm Şərq, həm də Qərblə əlaqələrini inkişaf etdirərək qarşıdurmadan uzaq durmağa çalışır. Bu səbəblə ABŞ və Suriya münasibətləri bu gün tərəfdaşlığa doğru irəliləyir. 2000-ci illərdə “terrorçu dövlət” kimi tanınan və sanksiyalarla üzləşən Suriya bu gün ABŞ-dən müsbət mesajlar almaqdadır".

 

Politoloq eyni zamanda qeyd edib ki, Vaşinqtonun Suriyadan əsas gözləntiləri öz regional maraqlarının təminatı olacaq:

 

"Çünki Bas rejimi birbaşa ABŞ-nin maraqlarOnlar ABŞ-nin regiondakı əsas düşməni elan etdiyi tərəflərlə İranla, Rusiya ilə çox yaxın münasibətlər içində idi və təbii olaraq onlarla əldə edilən razılaşmalar, birgə atılan strateji addımlar buna səbəb idi.
İki ölkə arasında münasibətlərin bərpası yeni Suriya hakimiyyətinin atacağı addımlardan asılıdır. Lakin bu proses xüsusilə Rusiya və İranın mümkün təxribatları fonunda risk daşıyır”.

 

Bayramlı Zəri

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər