00:00:00
Yazar
Səadət Əlizadə
05.04.2026 20:41 20 1 dəq oxuma
Dünya

Dağıstanda güclü yağışlar səbəbindən yaşayış binası uçub

Dağıstanda güclü yağışlar səbəbindən yaşayış binası uçub

Rusiyanın cənubunda, Dağıstanın Qaytaq rayonunun Kirki kəndində torpaq sürüşməsi nəticəsində bir yaşayış evi tamamilə dağılıb, daha iki tikiliyə isə qismən ziyan dəyib.


"İnformator.az” xəbər verir ki, bu barədə rayon rəhbəri Zapir Həsənov öz "Telegram" kanalında məlumat verib.

 

"Bu gün saat 15:40-da (Bakı vaxtı ilə 16:40 - red.) Kirki kəndində uzunmüddətli intensiv yağıntılar səbəbindən torpaq sürüşməsi baş verib. Bir ev tamamilə dağılıb, digər iki ev qismən zərər görüb. Daha beş ev üçün təhlükə hələ də qalmaqdadır", - Həsənov bildirib.

 

Onun sözlərinə görə, hadisə yerində dəymiş ziyanın qiymətləndirilməsi və təbii fəlakətdən zərər çəkən sakinlərə yardım edilməsi ilə məşğul olan operativ komissiya fəaliyyət göstərir.

#səbəbindən #azərbaycan #xəbər #yağışlar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər