00:00:00
Yazar
Səadət Əlizadə
08.04.2026 19:57 32 1 dəq oxuma
Hadisə

Dağıstanda sel nəticəsində 6 nəfər ölüb, minlərlə ev dağıdılıb

 

Dağıstanda sel nəticəsində 6 nəfər ölüb, minlərlə ev dağıdılıb

Bu ilin mart ayının sonu və aprel ayının əvvəlində Dağıstanda yağan güclü yağışlar fəlakətli nəticələrə səbəb olub.

 

“İnformator.az” xəbər verir ki, təbii fəlakət nəticəsində 6 nəfər ölüb, minlərlə ev dağılıb və infrastruktura külli miqdarda ziyan dəyib.


28-29 mart tarixlərində davam edən yağış Dağıstanın bir neçə rayonunda ekstremal nəticələrə səbəb olub, evlər və yollar dağılıb. Əhali elektrik enerjisiz qalıb. 1 aprel tarixinə qədər hakimiyyət orqanları respublikanın ən böyük şəhərlərində: Mahaçqala, Buynaksk, Dağıstanskie Oqni, Kaspiysk, Xasavyurtda, eləcə də Dərbənd daxil olmaqla respublikanın üç rayonunda yerli fövqəladə vəziyyət elan edib. Evsiz qalan insanlar otellərə köçürülüb və yeməklə təmin edib.

#dağıdılıb #xəbər #baki #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər