Daha bir ölkə savaşa girib: Dünyanın yolu dəyişir
Bəllidir ki, Avropanı Asiyaya və Hind okeanına bağlayan Bab əl-Məndəb boğazı dünya ticarətinin əsas keçiş nöqtələrindəndir. Onun bağlanması eynilə 15-ci əsrdə olduğu kimi, yenidən dünyanı alternativ yollar axtarışına vadar edəcək. Bu isə istər-istəməz Rusiyanın böyük həvəslə təqdim etdiyi Şimal dəniz marşrutu (Arktika ticarət yolu) layihəsini ön plana çıxaracaq.
“İnformator.az” “Axar.az”a istinadən xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz Yəmənin Ənsarullah hərəkatının İran müharibəsinə qoşulması haqda bəyanatı ilə bağlı qeyd edib.
O bildirib ki, hətta bir müddətdən sonra İran və husilər Bab əl-Məndəb yolunu açsalar belə, Qərb ölkələri potensial şantaj və təhlükə ilə üz-üzə qalmamaq üçün alternativ marşrutlar üzərində düşünməlidirlər.