Danimarka Ukraynaya F-16-lar tədarük edəcək
Danimarkanın baş naziri Mette Frederiksen bildirib ki, Danimarka bir ay ərzində Ukraynaya ilk Amerika F-16 döyüş təyyarəsini tədarük edəcək. Onun sözlərini “Die Zeit” qəzetinin müxbiri Yorq Lau “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Hökumət başçısı söz verib ki, Danimarkadan F-16-lar bir ay ərzində Ukrayna üzərində havaya qalxacaq.
Bundan əvvəl Britaniyanın “Standard” qəzeti ilk F-16 qırıcılarının cəmi bir neçə həftə ərzində Ukraynada peyda ola biləcəyini yazmışdı.
Mənbə: lenta.ru
Tərcümə etdi: Gülnisə Əfkari