00:00:00
Yazar
Admin User
26.08.2025 18:42 131 1 dəq oxuma
Dünya

Danimarkanın Baş naziri Fələstin dövlətinin tanınmasını istisna etməyib

Danimarkanın Baş naziri Fələstin dövlətinin tanınmasını istisna etməyib

Danimarkanın Baş naziri Mette Frederiksen Kopenhagenin Fələstin dövlətinin, demokratik olması şərtilə, tanınmasını istisna etmədiyini açıqlayıb.


“İnformator.az”
 xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

“Biz Fələstinin dövlət kimi tanınmasına “yox” demirik. Biz bunun tərəfdarıyıq. Amma təbii ki, onun demokratik dövlət olacağından əmin olmalıyıq”, - o deyib.


Frederiksen vurğulayıb ki, hazırda Danimarka Fələstini tanımağa hazır deyil, çünki Qəzza zolağının əhəmiyyətli hissəsi HƏMAS hərəkatının nəzarəti altındadır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər