00:00:00
Yazar
Admin User
26.08.2025 16:43 87 1 dəq oxuma
Dünya

Datçada sahildə dincələn suiti üçün əraziyə təhlükəsizlik zolağı çəkilib

Datçada sahildə dincələn suiti üçün əraziyə təhlükəsizlik zolağı çəkilib

Muğlanın Datça rayonunda sahildə dincələn yorğun suiti vətəndaşların diqqətini çəkib. Suitinin rahat dincəlməsi üçün jandarma əməkdaşları sahildə təhlükəsizlik zolağı yaradıblar.


Gerence məvkiində dənizə girən vətəndaşlar, hərəkətsiz vəziyyətdə olan suitin xəstə və ya yaralı ola biləcəyini düşünərək vəziyyəti Rayon Kənd Təsərrüfatı və Meşə İdarəsi ilə Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsinin əməkdaşlarına bildiriblər.


Əraziyə gələn əməkdaşlar apardıqları yoxlamada suitinin yalnız yorğun olduğunu və dincəlmək üçün sahilə çıxdığını müəyyən ediblər.


Vətəndaşların marağı səbəbindən Palamutbükü’ndən Gerence sahilinə keçən suitinin dincələ bilməsi üçün jandarma əməkdaşları sahildə təhlükəsizlik zolağı yaradıb.


Suitinin Sualtı Araşdırmaları Dərnəyi – Aralıq Dənizi Foku Araşdırma Qrupu (SAD-AFAG) tərəfindən izləndiyi və sağlamlıq vəziyyətinin nəzarət altında olduğu öyrənilib.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər