00:00:00
Yazar
Hüseynova Mələk
29.06.2026 23:56 24 1 dəq oxuma
İdman

DÇ-2026: Braziliya Yaponiyanı məğlub edib 

DÇ-2026: Braziliya Yaponiyanı məğlub edib

DÇ-2026-nın 1/16 final mərhələsi çərçivəsində keçiriləcək Braziliya - Yaponiya oyunu üçün heyətlər bəlli olub.

 

“İnformator.az” xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matça aşağıdakı futbolçularla çıxacaqlar:

 

Braziliya: 1 Alisson, 3 Qabriel Maqalyaes, 4 Markinyos, 13 Danilo, 16 Duqlas Santos, 5 Kazemiro, 8 Bruno Gimaraes, 20 Lukas Paketa, 7 Vinisius Junior, 9 Mateus Kunya, 26 Rayan.

 

Ehtiyat oyunçular: 12 Veverton, 23 Ederson, 6 Aleks Sandro, 14 Bremer, 15 Leo Pereyra, 24 Rocer İbanyes, 2 Ederson Silva, 17 Fabinyo, 18 Danilo Santos, 10 Neymar Jr, 19 Endrik, 21 Luis Enrike, 22 Qabriel Martinelli, 25 İqor Tiaqo.

 

Yaponiya: 1 Sion Suzuki, 3 Şoqo Taniquçi, 21 Hiroki İto, 22 Takehiro Tomiyasu, 10 Ritsu Doan, 11 Dayzen Maeda, 13 Keyto Nakamura, 14 Cunya İto, 15 Daiçi Kamada, 24 Kayşu Sano, 18 Ayase Ueda.

 

Ehtiyat oyunçular: 12 Keysuke Osako, 23 Tomoki Hayakava, 2 Yukinari Suqavara, 4 Ko İtakura, 5 Yuto Naqatomo, 16 Tsuyoşi Vatanabe, 20 Ayumu Seko, 25 Cunnosuke Suzuki, 7 Ao Tanaka, 8 Takefusa Kubo, 17 Yuito Suzuki, 6 Şuto Maçino, 9 Keysuke Qoto, 19 Koki Oqava, 26 Kento Şioqai.

 

***

Yaponiya görüşün 29-cu dəqiqəsində Sanonun qolu ilə hesabı açıb: 0-1.

***

Braziliya Kazemironun matçın 56-cı dəqiqəsində vurduğu qolla hesabda tarazlığı bərpa edib: 1-1.

***

Martinellinin son dəqiqələrdə vurduğu qolla Braziliya Yaponiyanı 2-1 məğlub edərək növbəti mərhələyə yüksəlib.

#DÇ #Braziliya #Yaponiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər