00:00:00
Yazar
Admin User
10.10.2025 16:16 93 1 dəq oxuma
Dünya

DÇ-2026: İtaliya - İsrail matçı öncəsi təhlükəsizlik tədbirləri gücləndiriləcək

DÇ-2026: İtaliya - İsrail matçı öncəsi təhlükəsizlik tədbirləri gücləndiriləcək

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək İtaliya - İsrail matçı öncəsi Udine şəhərində təhlükəsizlik tədbirləri gücləndiriləcək.


"İnformator.az" xarici KİV-ə istinadən xəbər verir ki, şəhərdə şüşə butulka və metal qutuların satışı qadağan olunacaq.


Metal detektorlar partlayıcı maddələrin aşkarlanması üçün təkcə stadionun girişində deyil, həm də kənar yerlərdə də quraşdırılacaq.


O da bildirilir ki, İsrail millisi sabah Norveçlə Osloda keçiriləcək oyundan dərhal sonra naməlum istiqamətə uçacaq. İsrail yığmasının İtaliyaya uçuş məlumatları hazırda gizli saxlanılır.


Qeyd edək ki, İtaliya - İsrail matçı oktyabrın 14-də keçiriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər