DÇ-2026: Meksika 1/8 finala yüksəlib
2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.
"İnformator.az" xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Meksika və Ekvador milliləri üz-üzə gəlib.
Haca şəraitinə görə 1 saat ertələnən görüş Bakı vaxtı ilə saat 06:00-da start götürüb.
Oyunda hesab 22-ci dəqiqədə açılıb. Kinyones baxımlı qolla Meksikanı hesabda önə keçirib: 1:0. Çox keçmədən Meksika daha bir qol vurub. 31-ci dəqiqədə Raul Ximenez fərqi artırıb: 2:0.
Matçda başqa qol vurulmayıb və Meksika millisi adını pley-offa yazdırıb.
Meksika 1/8 final mərhələsində İngiltərə – Konqo Demokratik Respublikası duelinin qalibi ilə üz-üzə gələcək.
DÇ-2026
1/16 final
1 iyul
05:00. Meksika – Ekvador 2:0
Qol: Kinyones, 22, R. Ximenez, 31
Meksika: Rangel, Sançes, Montes, Vaskes, Qalyardo, Mora, Lira, Romo, Alvarado, Ximenes, Kinyones
Ekvador: Qalindes, Hinkapie, Paço, Ordonez, Franko, Anqulo, Vite, Kaysedo, Yeboah, Valensiya, Plata