Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Milli Məclisin deputatı Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib.
"İnformator.az" “Report” a istinadən xəbər verir ki, deputat bununla bağlı parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında danışıb.
O qeyd edib ki, bunun üçün aidiyyəti quruma müraciət edəcək. “Deputat fəaliyyətimə oradan davam etmək mümkün olarsa, bunu edəcəyəm”, - o vurğulayıb.