Dəfn proqramı açıqlanıb: Edip Akbayramla vida
Müalicə olunduğu xəstəxanada dünyasını dəyişən türk musiqisinin ustadı Edip Akbayram martın 4-ü çərşənbə axşamı keçiriləcək dəfn mərasimindən sonra son səfərinə yola salınacaq. Cemal Reşit Rey Konsert Salonunda saat 11:00-da keçiriləcək anım mərasiminin ardından günorta namazından sonra cənazə namazı Teşvikiyə məscidində qılınacaq. Sənətçi daha sonra Üsküdardakı Karacaahmet qəbiristanlığında dəfn ediləcək.
Edip Akbayramın ölümündən sonra sənətçinin qızı Türkü və həyat yoldaşı Aytən Akbayram yaxınları ilə birlikdə xəstəxanaya gəlib. Sənətçinin meyiti morqa aparılarkən ailəsi və yaxınlarının müşayiət etdiyi görülüb.
Jurnalistlərə açıqlama verən Aytən Akbayram ağrılarının təzə olduğunu bildirib. Müğənni Kubat da çox üzüldüyünü ifadə edərək, "Bütün musiqi ictimaiyyətinə, ailəsinə və hamımıza başsağlığı verirəm. O, bizim əvəzolunmaz sənətkar qardaşımız idi"- sözlərini qeyd edib.
XəbərQlobal
Meşədiyeva Türkanə