Dizel avtomobillər sürət itirir
Son 4 ildə dizel mühərrikli avtomobillərin ümumi avtomobil parkındakı payı davamlı olaraq azalaraq, yanvar ayı etibarilə 31,7 faizə düşüb. Digər tərəfdən, ODMD məlumatlarına görə, yeni dizel avtomobil satışlarında nəzərəçarpacaq azalma müşahidə edilir və satış rəqəmləri 100 minin altına enib.
Qlobal miqyasda yaşıl çevrilmə və dayanıqlılıq ən çox müzakirə olunan mövzuların başında gəlir. Dünyada inkişaf edən texnologiya və artan imkanlar avtomobil seçimlərini dəyişdirərək yeni trendləri formalaşdırır. İqlim dəyişikliyi ilə mübarizə çərçivəsində daha ekoloji alternativ kimi elektrikli avtomobillər ön plana çıxır. Bu sahədəki güclü istehlakçı tələbi avtomobil istehsalçılarını istehsal xətlərində elektrikli nəqliyyat vasitələrinə daha çox yer ayırmağa təşviq edir.
Bununla paralel olaraq, dünyada elektrikli avtomobillərlə bağlı şəhər planlaşdırmaları və infrastruktur yatırımları sürətlənir, bəzi bölgələrdə isə fosil yanacaq mənşəli emissiyaları azaltmağa yönəlik əlavə tədbirlər görülür. Bu çərçivədə, 2023-cü ilin mart ayında Avropa İttifaqı (Aİ) Şurasının qəbul etdiyi qərara əsasən, Aİ ölkələri 2035-ci ildən etibarən benzin və dizel mühərrikli yeni avtomobillərin satışını qadağan etmək təşəbbüsünü təsdiqləyib. Aİ Şurası üzv ölkələrin həmin ildən etibarən avtomobillərə və yüngül kommersiya nəqliyyat vasitələrinə ciddi karbon emissiya standartları tətbiq edəcək qanunu qəbul etdiyini açıqlayıb.
Ahaber
Əsmər Bəşirova