00:00:00
Yazar
Admin User
29.05.2025 11:08 212 1 dəq oxuma
Dünya

Dmitri Peskov iyunun 2-də görüş keçirilməsi təklifinə Kiyevdən cavab alınmadığını bildirib

Dmitri Peskov iyunun 2-də görüş keçirilməsi təklifinə Kiyevdən cavab alınmadığını bildirib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna tərəfinin münaqişənin həlli ilə bağlı Rusiya memorandum layihəsinin dərhal təqdim edilməsi tələblərini qeyri-konstruktiv adlandırıb.


“İnformator.az” xəbər verir ki, o, Moskvanın iyunun 2-də İstanbulda görüşün keçirilməsini və təkliflərin müzakirəsinə başlamağı təklif etdiyini xatırladıb.


Peskov onu da bildirib ki, Rusiya tərəfi iyunun 2-də birbaşa danışıqların ikinci raundunun keçirilməsi təklifinə Kiyevdən hələ ki, rəsmi cavab almayıb: “Bilirsiniz ki, biz İstanbulda görüşməyi təklif etmişdik. Hələ ki, bildiyimə görə, heç bir cavab gəlməyib”.


Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti böhranın əsas səbəblərini aradan qaldırmağın bütün aspektləri üzrə Rusiyanın mövqeyini əks etdirən memorandumu Ukrayna tərəfinə təhvil verməyə hazır olacaq.


Eyni zamanda, Peskov qeyd edib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı hələlik planlaşdırılmır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər