Dmitriyev ABŞ-dən mükafat alıb
Rusiya Birbaşa İnvestisiya Fondunun direktoru Kirill Dmitriyev ABŞ-nin Rusiyadakı Ticarət Palatasından (AmCham) "Amerika Birləşmiş Ştatları və Rusiya arasında dialoqun gücləndirilməsində liderliyə" görə mükafat alıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Dmitriyev dünən özünün X səhifəsində məlumat verib.
“Bu gün (şənbə - red.) ABŞ Ticarət Palatasının "ABŞ və Rusiya arasında dialoqun gücləndirilməsində liderlik" mükafatını aldım”, - Dmitriyev bildirib.
Qeyd edək ki, Kirill Dmitriyev həm də Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsidir.