00:00:00
Yazar
Admin User
26.10.2025 18:55 165 1 dəq oxuma
Dünya

Dmitriyev ABŞ-yə hədiyyə olaraq “Putin şokoladı” aparıb

Dmitriyev ABŞ-yə hədiyyə olaraq “Putin şokoladı” aparıb

Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Nyu Yorka Rusiya lideri Vladimir Putinin şəkilləri və onun sitatları olan şokoladlar gətirib.

 

"İnformator.az" "Bakupost.az"a istinadən xəbər verir ki, bu barədə Dmitriyev Teleqram kanalında məlumat yayıb.

 

O, şokoladları “Rusiya-Amerika dialoqu çərçivəsində” hədiyyə olaraq gətirdiyini bildirib.

 

Dmitriyevin dərc etdiyi fotoşəkildə iki paket göstərilir: birində “Özümüzünküləri tərk etmirik”, digərində “Böyük insanın böyük sözləri” və “Rusiya ilə güc dili ilə danışmaq mənasızdır” ifadəsi.

 

Qeyd edək ki, Dmitriyev oktyabrın 24-də ABŞ-yə səfər edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər