Dəməşqdəki Şeyx Muhyiddin Ərəbi məscidinin həyətində yerləşən türk qəbiristanlığı bərpa olunub
Suriyanın paytaxtı Dəməşqdə, Şeyx Muhyiddin Ərəbi (Səlimiyə) məscidinin həyətində yerləşən və Osmanlı dövrünə aid 48 məzarın olduğu türk qəbiristanlığının bərpasını TİKA tamamlayıb.
Uzun illər baxımsızlıq və dağıdılma səbəbindən zədələnmiş ərazi tam təmizlənib, qəbir daşları əsaslı şəkildə bərpa olunub və abadlıq işləri aparılıb. Ərazidə həmçinin Osmanlı üslubunda fəvvarə də quraşdırılıb.
Bərpa nəticəsində 16-cı və 19-cu əsrlərə aid məzarların tarixi görünüşü yenidən qorunub saxlanılıb.
TRT Haber
Aişə Mustafayeva