00:00:00
Yazar
Admin User
01.12.2025 15:03 57 2 dəq oxuma
Dünya

Dniproya raket hücumu

Dniproya raket hücumu

 

Ukraynanın Dnipro şəhərinə edilən raket hücumunda 4 nəfər həlak olub, 40 nəfər yaralanıb. Zərbənin ballistik raketlə endirildiyi bildirilir. Partlayış ofis binası, mağazalar və avtomobillərə ciddi ziyan vurub.


Hücum, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkofun Moskvada Prezident Vladimir Putinlə Ukrayna müharibəsinin dayandırılması ilə bağlı görüşündən bir gün əvvəl baş verib. Vitkof bu il bir neçə dəfə Putinlə görüşüb, lakin hələ Kiyevə getməyib.

Bazar günü Ukrayna nümayəndə heyəti Floridada Vitkof, ABŞ-nin Dövlət katibi Marko Rubio və Donald Trampın kürəkəni Cared Kuşnerlə danışıqlar aparıb. Zelenski görüşü “konstruktiv” adlandırıb, lakin “çətin məsələlərin” qaldığını bildirib.

 

Moskva və Kiyev arasında əsas fikir ayrılığı qalır. Rusiya Donbasdan Ukrayna qoşunlarının çıxmasını tələb edir, Kiyev bunu qəbul etməyəcəyini bildirir. Putin deyib ki, əks halda bunu “silah gücü ilə” edəcək. Zelenski isə Kremlin sülh səylərini “hörmətsizlik” adlandırıb.

Ukraynanın gələcək təhlükəsizliyi də müzakirə mövzusudur. Kiyev və Avropa tərəfdaşları NATO zəmanəti istəyir. Rusiya və Tramp isə buna qarşı çıxır.

 

Zelenski hazırda Parisə səfər edib və çərşənbə axşamı İrlandiyaya gedəcək. Kiyevdə ABŞ-nin Rusiyanın tələblərinə daha yaxın durması barədə narahatlıq artır.

Ukraynada korrupsiya qalmaqalı da vəziyyəti çətinləşdirib. Zelenskinin administrasiya rəhbəri Andrey Yermak istefa verib. Hərçənd, ona qarşı rəsmi ittiham yoxdur.

Müharibə başlayandan – 24 fevral 2022-dən bəri on minlərlə hərbçi və minlərlə mülki şəxs həlak olub, təxminən yeddi milyon insan qaçqın vəziyyətinə düşüb.


BBC
Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər