Dənizdə köməksiz vəziyyətdə qalan balıqçılar xilas edildi
Buzovnada iki balıqçı xilas edilib.
Buzovnada iki balıqçı xilas edilib.
İnformator.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“Buzovna” sularda xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə) 2 nəfər balıqçı köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları xilas ediblər və qayığı sahilə çıxarıblar. Əməliyyat saat 21:20-də başa çatıb.
