00:00:00
Yazar
Admin User
23.10.2025 18:02 122 1 dəq oxuma
Dünya

Donald Tramp "Binance"in qurucusu Çanpen Çaonu əfv edib

Donald Tramp "Binance"in qurucusu Çanpen Çaonu əfv edib

 

ABŞ Prezidenti Donald Tramp dünyanın ən böyük kriptovalyuta birjası "Binance"in qurucusu Çanpen Çaonu əfv edib. Ağ Evin mətbuat katibi Karolin Leavitt bildirib ki, Tramp “Biden administrasiyasının kriptovalyutaya qarşı mübarizəsi zamanı haqsız ittiham olunan” Çaonu bağışlamaqla konstitusion səlahiyyətindən istifadə edib.

 

Çao “X” platformasında Trampa təşəkkür edərək bildirib: “ABŞ-ni kriptovalyutanın paytaxtına çevirmək üçün əlimizdən gələni edəcəyik".

Xatırladaq ki, Çao 2023-cü ildə “Binance”in pul yuyulmasına qarşı proqram tətbiq etmədiyinə görə günahını etiraf edib, 50 milyon dollar cərimə ödəyib və 4 ay həbsdə qalıb.

Mütəxəssislərə görə, əfv qərarı Çaonun yenidən “Binance”in idarəçiliyinə qayıtmasına və şirkətin ABŞ-də fəaliyyətini genişləndirməsinə imkan yarada bilər.


Reuters
Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər