Donald Tramp Kim Çen Inla görüşmək niyyətindədir
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp köməkçilərindən Şimali Koreya lideri Kim Çen Inla bu payızda görüşün təşkil olunmasını tələb edir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, ABŞ və Şimali Koreya arasında münasibət qurulmasına Donald Trampın cəhdləri və Cənubi Koreyanın da öz mövqeyini yumşaltması əsasən Rusiyaya qarşıdır;
"Rusiya ilə müttəfiq və tərəfdaş ölkələrlə ABŞ-nin diplomatik əlaqələrə cəhd etməsi həmin ölkələrin mövqeyini neytrallaşdırmağa hesablanıb. Ukrayna və Rusiya müharibəsində ABŞ-nin tərəfdaşlarını artırmaq cəhdləri onun Şimali Koreya ilə də münasibətlərinə yenidən baxmasını gündəmə gətirib. Ancaq liderlərin görüşü baş tutsa belə yaxın zamanda dönüş yaranması ehtimalı azdır. Uzun müddət gərgin münasibətdə olan bu dövlətlərin xüsusən indiki Ukrayna müharibəsində Rusiyanın tərəfdaşı qismində çıxış edən Şimali Koreyanın görüşə isti yanaşması o qədər də gözlənilən deyil. Lakin görüş və diplomatik əlaqələr baş tutarsa qarşıda yeni siyasi üfüqlər açıla bilər".
Səadət Əlizadə