00:00:00
Yazar
Admin User
31.10.2025 16:57 113 2 dəq oxuma
Siyasət

Donald Tramp ordusuna nüvə silahı sınaqlarını bərpa etməyi əmr edib

Donald Tramp ordusuna nüvə silahı sınaqlarını bərpa etməyi əmr edib

ABŞ Prezidenti Donald Tramp ordunun nüvə silahı sınaqlarını dərhal bərpa etməsi barədə göstəriş verib.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a bildirib ki, Donald Trampın Pentaqona nüvə sınaqlarını bərpa etmək barədə verdiyi tapşırıq beynəlxalq təhlükəsizlik sisteminə ciddi təsir göstərə biləcək bir addımdır:

 

“Bu qərar yalnız ABŞ-nin hərbi strategiyasının sərtləşməsi deyil, eyni zamanda Rusiya və Çin kimi digər nüvə dövlətlərini də analoji addımlar atmağa təşviq edə bilər. Bu, faktiki olaraq qlobal miqyasda yeni silahlanma yarışının başlanğıcına təkan verə bilər. Rusiya və Çin kimi dövlətlər də nüvə potensiallarını nümayiş etdirmək üçün oxşar sınaqlara başlaya bilər. Bu isə beynəlxalq sabitliyə mənfi təsir göstərəcək. Tramp administrasiyasının bu addımı həm də beynəlxalq arenada güc nümayişi kimi qiymətləndirilə bilər. ABŞ bu yolla öz rəqiblərinə, xüsusilə də Çin və digər geosiyasi mərkəzlərə qarşı siyasi-diplomatik təzyiq yaratmağa çalışır. Vaşinqton nüvə faktorunu ön plana çəkərək, danışıqlar masasında daha əlverişli mövqe qazanmaq istəyir. Bu strategiya ABŞ üçün müəyyən üstünlüklər yaratsa da, qlobal təhlükəsizlik baxımından risklidir. Bu cür addımlar beynəlxalq münasibətləri gərginləşdirə, yeni münaqişə ocaqlarına yol aça bilər. Əslində, bu, soyuq müharibə dövrünün ‘soyuq sülh’ mərhələsinə bənzər bir situasiya yaradır. ABŞ-nin nüvə gücünə əsaslanması həm öz təhlükəsizliyi, həm də dünya nizamı üçün ciddi təhlükə potensialı daşıyır”.

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər