00:00:00
Yazar
Admin User
31.10.2025 16:55 136 1 dəq oxuma
Siyasət

Donald Tramp və Si Cinpin Busanda görüşüblər

Donald Tramp və Si Cinpin Busanda görüşüblər

Cənubi Koreyanın Busan şəhərində ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında mühüm görüş keçirilib. Görüş iki ölkə arasında son aylarda artan iqtisadi və geosiyasi gərginlik fonunda baş tutub.

 

Mövzu ilə bağlı politoloq Xaqani Cəfərli “İnformator.az”a bildirib ki, Donald Tramp və Si Cinpin arasında görüşün əsas məqsədi ticarət müharibəsin dayandırmaq mümkün olmasa da, heç olmasa onu cilovlamaq idi:

 

“Belə görünür ki, tərəflər buna nail olublar. Gömrük tariflərinin artırılmasının əvəzində onun kiçik də olsa azaldılması baş verdi. Tramp Çin mallarına tətbiq edilən rüsumu 57 faizdən 47 faizə endirdiyini bəyan etdi. Çin də nadir torpaq metallarının ixracına qoyduğu son məhdudiyyətləri qaldıracağını vəd etdi. Bu əlbətdə yeni bir mərhələnin başlanğacı deyil. Daha çox əvvəlki mərhələnin dondurulmasıdır. Görüşün Cənubi Koreyada keçirilməsi xüsusi bir siyasətin nəticəsi deyil. İki lider bir regional toplantında bir araya gəlib və bu hər ikisi üçün danışıqlar masasına oturmaq üçün fürsət olub. Çünki, ABŞ ilə Çinin bir-birinə ehtiyacı var. Bu gün ABŞ dünyanın çoğrafiyasından yox olsa, Çinin çöküşü başlar. Eyni ilə Çin yox olsa, ABŞ-nin çöküşü başlar. Bu iki dövlət bir-birinə çox bağlıdır. Alternativlər meydana çıxmadan Çinlə ABŞ münasibətlərini qıra, əlaqələrini kəsə bilməzlər”.


Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər