00:00:00
Yazar
Admin User
22.10.2025 16:38 132 1 dəq oxuma
Siyasət

Donald Tramp Venesuelada CIA əməliyyatlarına icazə verib

Donald Tramp Venesuelada CIA əməliyyatlarına icazə verib

Ağ Evin mətbuat xidmətinin məlumatına görə, əməliyyatların məqsədi “ölkədə insan haqlarının pozulmasının qarşısını almaq və regionda təhlükəsizliyi təmin etmək” kimi təqdim olunur.

 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a bildirib ki, Trampın bu qərarı regionda vəziyyəti daha da gərginləşdirə bilər:

 

“Donald Trampın Venesuela istiqamətində atdığı bu addımın əsas səbəbi rəsmi olaraq narkotik maddələrin qanunsuz daşınması ilə əlaqələndirilir. Lakin məsələ bununla məhdudlaşmır. Burada həm Venesuelanın zəngin təbii ehtiyatları, həm də bu ölkənin Rusiya və İranla sıx münasibətləri mühüm rol oynayır. Bu isə ABŞ üçün qəbulolunmaz bir geosiyasi vəziyyətdir. ABŞ ilə Venesuela arasında münasibətlər uzun müddətdir soyuq xarakter daşıyır və bu qərar qarşılıqlı gərginliyi daha da artıracaq. Venesuela hakimiyyəti illərdir ABŞ ilə dost münasibətlərdə olmayıb. Tramp administrasiyasının bu addımı gələcəkdə hərbi qarşıdurma riskini yüksəldə və regional sabitliyə zərbə vura bilər. Hazırkı beynəlxalq sistemdə isə beynəlxalq hüququn deyil, güc amilinin daha çox əhəmiyyət daşıdığını müşahidə edirik”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər