00:00:00
Yazar
Lalə Qafarova
13.04.2026 21:01 12 1 dəq oxuma
Dünya

Donald Trampdan İrana “abluka” hədəsi: Yaxınlaşanlar dərhal məhv ediləcək

Donald Trampdan İrana “abluka” hədəsi: Yaxınlaşanlar dərhal məhv ediləcək

 

ABŞ Prezidenti Donald Tramp İran donanmasına məxsus 158 gəminin məhv edildiyini bildirərək, ABŞ-nin tətbiq etdiyi blokadanı pozmağa cəhd edən hər hansı elementin dərhal zərərsizləşdiriləcəyi barədə xəbərdarlıq edib.

 

Tramp sosial media hesabında yaydığı açıqlamada İran donanmasının böyük hissəsinin sıradan çıxarıldığını iddia edib. O, İrana aid 158 gəminin “dənizin dibində olduğunu” deyib və əlavə edib ki, hazırda məhv edilməyən qüvvələr “sürətli hücum qayıqları” adlandırılan kiçik texnikalardır. Onun sözlərinə görə, həmin dövrdə bu vasitələr ciddi təhlükə kimi qiymətləndirilməyib.

ABŞ-nin regiondakı hərbi fəaliyyətləri və tətbiq etdiyi blokada ilə bağlı sərt mesajlar verən Tramp bildirib ki, qalan kiçik qayıqlar ABŞ əməliyyat zonasına yaxınlaşacağı təqdirdə, heç bir güzəşt olmayacaq.

 

O qeyd edib: “Bu qayıqlardan hər hansı biri blokadamıza yaxınlaşarsa, dənizdə narkotik qaçaqmalçılarına qarşı istifadə etdiyimiz eyni məhvetmə sistemi tətbiq olunacaq və onlar dərhal məhv ediləcəklər. Bu, sürətli və amansız bir prosesdir”.

 

TRT HABER 
Reyhan Quliyeva

#gündəm #dərhal #donald #trampdan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər