00:00:00
Yazar
Zeynəb Yunuszadə
23.04.2026 21:19 27 1 dəq oxuma
Dünya

Donald Tuskun hökumətinə qarşı ağır ittiham

Donald Tuskun hökumətinə qarşı ağır ittiham

Polşanın Milli Təhlükəsizlik Bürosunun (PMTB) rəhbəri Slavomir Çetskeviç məxfi məlumatlara çıxış icazəsi ala bilmədiyi üçün vəzifəsini tərk edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında açıqlama yayıb.

 

Çetskeviç vəzifədən getməsinin səbəbi kimi Donald Tuskun rəhbərlik etdiyi hökumətin qanunsuz addımlarını göstərib. Onun sözlərinə görə, Tusk hökuməti məhkəmə qərarlarına məhəl qoymur və heç bir əsas olmadan onun dövlət sirri təşkil edən məlumatlara çıxışını məhdudlaşdırıb.

 

Xatırladaq ki, sabiq rəhbər 2024-cü ildə müvafiq icazədən məhrum edilmişdi. Hazırda o və sabiq milli müdafiə naziri Mariuş Blaşçak ölkənin silahlı qüvvələrinin tətbiqi planlarını ictimailəşdirməkdə təqsirləndirilərək istintaqa cəlb olunublar.

 

Sabiq rəhbər, həmçinin Tusk və komandasının fəaliyyətini sərt tənqid edərək, bunu "dövlətə qarşı yönəlmiş vandalizm" adlandırıb və bunun PMTB-in gündəlik işinin tamamilə iflic olmasına gətirib çıxardığını vurğulayıb.

#xəbər #yeni #ittiham #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər