00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
14.10.2026 20:51 32 2 dəq oxuma
Siyasət

"Dünyanın ən böyük kabusu: Kimyəvi silahların yayılmasını saxlayan sanksiyalar"

"Dünyanın ən böyük kabusu: Kimyəvi silahların yayılmasını saxlayan sanksiyalar"

 


Kimyəvi silahlar -canlı qüvvəni məhv etmək üçün zəhərli maddələrdən istifadə olunan kütləvi qırğın silahıdır. Birinci Dünya müharibəsindən etibarən genişmiqyaslı tətbiq edilən bu silahlar dəhşətli fəsadlar törətdiyi üçün Avropa İttifaqı bəşəriyyəti qorumaq məqsədilə kimyəvi silahların yayılmasına qarşı sanksiyalar qəbul edir. 
 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Aydın Quliyev bildirib ki, bütün dünya ölkələri Avropanın bu sanksiyalar rejimini uzatmasına rəğbətlə yanaşmalıdır və müdafiə etməlidir:


"Kimyəvi silahların yayılmasına qarşı qəbul edilən bu konvensiya bəşəriyyətin tarixində ən humanist və ən zəruri sənədlərdən biri sayılmalıdır. Avropa Birliyinin kimyəvi silahların yayılmasına qarşı sanksiyalar rejimini uzatması, özü də bəşəriyyətin mənafelərinə xidmət edən bir addımdır.
Kimyəvi silahların yayılmasına qarşı dünyanın mübarizəsi Birinci Dünya müharibəsindən sonra başlayıb. Birinci Dünya müharibəsi illərində ilk dəfə 1915-ci ildə İpr şəhərində Almaniyanın kimyəvi silahdan istifadə etməsi bütün dünyanın etirazına səbəb oldu və dünya haqlı olaraq kimyəvi silahlara qarşı mübarizəyə başladı. İkinci Dünya müharibəsindən sonra Avropada münaqişələrdə kimyəvi silahdan istifadəyə dair bir dənə də olsun fakt yoxdur. Yalnız İkinci Dünya müharibəsində Hitler bir neçə dəfə bu silahlardan istifadə eləməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi.
Avropanın kimyəvi silahların yayılmasına qarşı əzmkar və prinsipial mövqeyi zəruridir, bəşəriyyətin mənafelərinə uyğun siyasətdir. Bəzi hallarda müəyyən şərq ölkələrində diktatorların kimyəvi silahdan istifadə etdiklərinə dair məlumatlar çıxsa da, ən sonda öz təsdiqini tapmadı. Məsələn, 1982-ci ildə Səddam Hüseyn kürdlərə qarşı kimyəvi silahdan istifadə etdiyi danışılsa da ,bu məlumat da özünü sonradan doğrultmadı.Bəlkə də belə konvensiyalar olmasaydı, indiyə qədər dünyada bəzi dövlətlər kimyəvi silahlardan istifadə cəsarətinə nail olardı".

 

Ayan Məmmədzadə

#baki #saxlayan #yayılmasını #kimyəvi #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər