00:00:00
Yazar
Güllər Gülhüseynova
27.02.2026 16:10 10 1 dəq oxuma
Dünya

Dünyanın ən kiçik QR kodu hazırlanıb- Alimlərdən “görünməz” uğur

Dünyanın ən kiçik QR kodu hazırlanıb- Alimlərdən “görünməz” uğur

Vyana Texniki Universiteti tədqiqatçıları məlumat saxlama şirkəti Cerabyte ilə əməkdaşlıq edərək dünyanın ən kiçik QR kodunu hazırlayıblar.

 

Cəmi 1,98 mikrometrkvadrat sahəni əhatə edən bu kod əksər bakteriyalardan daha kiçikdir və yalnız elektron mikroskop vasitəsilə görünə bilir.

 

Ənənəvi maqnit və elektron məlumat daşıyıcıları bir neçə il ərzində sıradan çıxmağa meyilli olduğu halda, bu layihə rəqəmsal dövrün ən böyük problemlərindən biri olan “məlumatın saxlanma müddəti”nə fokuslanır.

 

Kodun hazırlanmasında yüksək performanslı kəsici alətlərin örtülməsində istifadə olunan nazik keramika təbəqələr seçilib.

 

Kodun hər bir pikseli cəmi 49 nanometr enindədir. Bu, görünən işığın dalğa uzunluğundan təxminən on dəfə daha kiçikdir.

 

QR kodu fokuslanmış ion şüaları vasitəsilə keramika qatına həkk olunub.

 

Bu texnologiya ilə nəzəri olaraq bir A4 ölçülü sahəyə 2 terabaytdan çox məlumatın yerləşdirilməsi mümkündür.

 

TRT XƏBƏR
Lalə Qurbanlı

#“görünməz” #hazırlanıb- #baki #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər