00:00:00
Yazar
Güllər Gülhüseynova
21.08.2026 21:11 13 2 dəq oxuma
Maraqlı

Dünyanın ən yaşlı insanı 117 yaşını qeyd edir

Dünyanın ən yaşlı insanı 117 yaşını qeyd edir

Dünyanın hazırda yaşayan ən yaşlı insanı Etel Katerhem cümə günü ailəsi və dostlarının iştirakı ilə 117-ci doğum gününü qeyd edir.

 

Surreydə, Laytoter şəhərindəki Hallmark Lakeview Care Home-da yaşayan Katerhem 2025-ci ilin aprelində braziliyalı rahibə İna Kanabarru Lukasın 116 yaşında vəfat etməsindən sonra dünyanın ən yaşlı yaşayan insanı titulunu əldə edib.

 

Etel Katerhem “Titanik” faciəsindən üç il, Rusiya inqilabından isə səkkiz il əvvəl dünyaya gəlib. O, iki dünya müharibəsinin şahidi olub. “Ginnesin Rekordlar Kitabı”na görə, Katerhem 2020-ci ildə, 110 yaşında COVID-19-a yoluxaraq xəstəliyi sağaldan ən yaşlı insanlardan biri olub.

 

Hempşirin Şipton-Bellincer kəndində doğulan Etel səkkiz uşaqlı ailənin yeddinci övladı olub. O, Uiltşirin Tidvort şəhərində böyüyüb. Kral VII Eduardın dövründən bu günədək yaşayan sonuncu şəxs hesab olunan Katerhem 1927-ci ildə, yeniyetmə yaşlarında Hindistana gedərək hərbçi ailəsində dayə kimi işləməyə başlayıb.

 

1931-ci ildə Böyük Britaniyada ziyafət zamanı Britaniya ordusunun polkovnik-leytenantı Norman Katerhemlə tanış olub. Cütlük daha sonra Honq-Konqda yaşayıb və Etel burada uşaq bağçası yaradıb.

 

Onların iki qızı olub. Hər ikisi Eteldən əvvəl vəfat edib. Həyat yoldaşı Norman isə 1976-cı ildə dünyasını dəyişib. Bacılarından biri Qledis də uzun ömür sürərək 104 yaşında vəfat edib.

 

Etel 97 yaşına qədər avtomobil idarə edib. 116-cı doğum günündən qısa müddət sonra, ötən ilin sentyabrında Kral III Çarlz onu ziyarət edib. Görüş zamanı Etel 1969-cu ildə, Çarlzın 21 yaşında Uels şahzadəsi elan olunmasını xatırlayaraq ona: “Bütün qızlar sizə vurulmuşdu və sizinlə evlənmək istəyirdi”, deyib.

 

Bununla belə, dünyanın bütün dövrlər üzrə ən uzunömürlü insanı rekordu hələ də fransalı Janna Kalmana məxsusdur. O, 1997-ci ildə 122 yaş 164 günlük ikən vəfat edib.

 

Güllər Gülhüseynova

#yaşlı #edir #baki #azərbaycan #qeyd
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər