00:00:00
Yazar
Asiman Vəliyeva
01.04.2026 19:12 55 2 dəq oxuma
Texnologiya

Ekranın arxasındakı güc: alqoritmlər bizi necə yönləndirir?

Ekranın arxasındakı güc: alqoritmlər bizi necə yönləndirir?

Gündəlik həyatımızda verdiyimiz qərarların bizə aid olduğunu düşünürük. Hansı videoya baxdığımızı, hansı xəbəri oxuduğumuzu, nəyi bəyəndiyimizi sanki özümüz seçirik. Amma reallıq bundan daha mürəkkəbdir. Sosial media platformalarında ,xüsusilə, Meta Platforms kimi nəhəng şirkətlərin yaratdığı sistemlərdə  qarşımıza çıxan məzmun təsadüfi deyil. Hər “scroll”, hər “like” və hər klik arxasında bizi analiz edən və davranışlarımızı öyrənən alqoritmlər dayanır.


Mövzu ilə bağlı “İnformator.az”a 
açıqlamasında İT üzrə mütəxəssis Natiq Məmişov bildirir ki, məsələn, biz internetdə hər hansı bir məhsulu axtarırıq, daha sonra qarşımıza eyni məhsulla bağlı müxtəlif reklamlar çıxır:

 

“Bu necə baş verir? Bu, sadəcə təsadüfi deyil. Burada istifadəçi profilinin qurulması prosesi həyata keçirilir. Toplanan məlumatlar əsasında istifadəçilər haqqında geniş məlumat bazası formalaşdırılır və hər bir istifadəçinin davranışları analiz edilərək onun profili yaradılır. Məsələn, sistem müəyyən edə bilir ki, istifadəçi videolara nə qədər vaxt ayırır uzun videolara baxır, yoxsa qısa videoları üstün tutur. Eyni zamanda, hansı kontentə daha tez reaksiya verdiyi, hansı mövzulara məsələn, siyasətə və ya əyləncəyə  daha çox maraq göstərdiyi də analiz olunur. Bundan sonra növbəti mərhələdə kontentin seçilməsi prosesi başlayır. İstifadəçinin diqqətini cəlb edə biləcək materiallar ona daha çox göstərilir. Burada əsas məqsəd istifadəçinin platformada qalma müddətini maksimum artırmaqdır. Alqoritmlər insanın seçimlərini və fikirlərinə təsiri ölçmək üçün müxtəlif üsullardan istifadə edir. Məsələn, istifadəçilər iki qrupa bölünə bilər: bir qrupa daha çox siyasi kontent göstərilir, digər qrupa isə daha az. Daha sonra nəticələr analiz olunur istifadəçilərin platformada qalma müddəti, aktivliyi, paylaşım sayı və digər göstəricilər müqayisə edilir. Bu, bir növ eksperimentdir”.

 

Həmçinin Natiq Məmişov bildirir ki, bundan əlavə, sosial araşdırmalar və məlumat analizi də aparılır:


“Hansı mövzuların daha çox yayıldığı, hansı kontentin daha çox diqqət çəkdiyi öyrənilir. Toplanan məlumatlar əsasında istifadəçiyə uyğun reklamlar təqdim olunur və o, müəyyən istiqamətlərə yönləndirilir. Bu proses nəticəsində informasiya yönləndirməsi, hətta müəyyən hallarda siyasi manipulyasiya da mümkündür. Beləliklə, istifadəçinin informasiya mühiti formalaşdırılır və onun davranışlarına dolayı təsir göstərilə bilir”.


Ədilə Hüseynzadə

#necə #bizi #xəbər #güc: #ekranın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər