“Elmə ayrılan maliyyə ÜDM-in 2%-ə qədər artırılacaq“
Elmi tədqiqatların maliyyələşdirilməsi hökumət orqanları və biznes arasında koordinasiyalı şəkildə artırılmalı və bu dəstək ÜDM-in 2%-ni təşkil etməlidir.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin “Gələcək Texnologiyalar Forumu”nun plenar iclasında bildirib. “Biz elmə ayrılan maliyyəni bizneslə birlikdə ÜDM-in 2%-ə qədər artırmalıyıq” – dövlət başçısı vurğulayıb. "Əlavə resursların hamısı məhz perspektivli və inqilabi sahələrin inkişafına yönəldilməlidir” – Putin qeyd edib.
O əlavə edib ki , "artıq başqa yerlərdə mənimsənilmiş texnoloji proseslərin sadəcə əvəzlənməsi ilə kifayətlənmək qısamüddətli düşüncə olardı və düzgün olmazdı".
Mənbə: ITAR TASS
Zəhra Məmmədova