Elon Mask yenidən Polşa nazirini hədəfə alıb
ABŞ prezidenti Donald Trampın baş müşaviri Elon Mask növbəti dəfə Polşanın xarici işlər naziri Radoslav Sikorskini “Sorosun kuklası” adlandırıb.
Daha əvvəl naziri “kiçik adam” adlandıran Mask, bu dəfə Sikorskinin Corc Sorosla münasibətdə olduğunu iddia edən istifadəçinin paylaşımına “Bəli, o, Sorosun kuklasıdır”,-deyib.
Mənbə: CNN Türk
Nərmin Həşimova