00:00:00
Yazar
Admin User
29.09.2023 17:32 548 1 dəq oxuma
Dünya

Elon Musk-dan Teknofest açıqlaması və prezident Ərdoğana təşəkkür

Elon Musk-dan Teknofest açıqlaması və prezident Ərdoğana təşəkkür

Tesla və SpaceX qurucusu Elon Musk sosial media hesabında prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Amerikalı milyarder E.Musk, sahibi olduğu “X” sosial media platformasında yayımladığı mesajda “Teknofestdə yarışan bütün komandaları təbrik edirəm. Dəvətinə görə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm. Gələn il şəxsən iştirak etməyi və Türkiyədə investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözləyirəm” deyə bildirib.


Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına qatılmaq üçün gəldiyi ABŞ-ın Nyu-York şəhərində Tesla və SpaceX şirkətlərinin qurucusu Elon Musk qəbul edib və E.Musku İzmirdəki Teknofestə dəvət edib.

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər