Elon Muskdan inanılmaz addım
Keçdiyimiz günlərdə “Tesla”,”Space X”-in qurucusu Elon Musk “X”(Köhnə adıyla “Twitter”) platformasında “Grok” adında yeni Süni İntellekt əsaslı qarşılıqlı söhbət robotu başladıb.
Musk’un bildirdiyinə görə, Grok’un dilində zarafatcıl ifadələr çoxluq təşkil edir. Ancaq bu robota bir sıra məhdudiyyətlər qoyulur.
Groku yalnız əvvəlcədən seçilmiş şəxslər istifadə edə bilər. Elon Musk “X”də Grok’u nəzərdə tutaraq “Mühüm əlamətlərinə görə hazırda var olan süni intellektlərin ən yaxşısı”paylaşımını edib.
Problemlərinə gəldikdə isə bir çox süni intellekt proqramlarında görülən bəzi səthi problemlər Grok’da da mövcuddur. Başqa robotların əksinə Grok riskli sualları cavablandırmaqdan çəkinmir.
Elon Musk yeni Süni İntellekt proyekti barədə iddialı danışır. Grok’un nə dərəcədə effektiv və yararlı olması istifadəyə tam açılanda görüləcək.
Əli Məmmədli
