00:00:00
Yazar
Admin User
02.12.2025 12:28 101 1 dəq oxuma
Siyasət

Elxan İsazadə yenidən sədr seçildi

Elxan İsazadə yenidən sədr seçildi

Niderlandda fəaliyyət göstərən Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyəti növbəti sədr seçkilərini keçirib. Əsası 2004-cü ildə Rotterdamda qoyulan təşkilatın sədri vəzifəsinə yenidən Elxan İsazadə seçilib.

 

Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk məlumat verib. Onun sözlərinə görə, Elxan İsazadə 2009-2012-ci illərdə də cəmiyyətə rəhbərlik edib və qurucular arasında yer alıb. 2004-2009-cu illərdə isə təşkilata Elsevər Məmmədov rəhbərlik edib.

 

Elnur Eltürk bildirib ki, Elxan İsazadə Niderlandda Azərbaycan diaspor fəaliyyətinin formalaşması və inkişafında xüsusi xidmətləri ilə seçilir. Hələ Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi olmadığı dövrlərdə Azərbaycanın tanıdılması ilə bağlı uğurlu layihələrə imza atıb. Niderlandda erməni diasporu tərəfindən Azərbaycan əleyhinə yönələn təxribatların qarşısının alınmasında fəallığı ilə seçilən diaspor fəallarından olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər