Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin sədri ilə görüşüb
Elmi təhsil naziriliyinin müvafiq olaraq Bahçeşehir Kıbrıs Universitetinin rəhbərliyi ilə görüşməsi əlbəttə müəyyən qədər heç bir Türk cumhuriyyətində olan əlaqələrin, yəni təhsil ilə əlaqəli inkişafına töhvə verə bilər.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi "informator.az"-a açıqlamasında bildirib ki, gələcəkdə tələbə mübadiləsinədə imkan yarada bilər:
"Eyni zamanda Kıbrıs Türk cumhuriyyətinin təhsil sahəsində bizlə əməkdaşlığını daha da inkişaf etdirə bilər. Ümumilkdə belə görüşlər əlbəttə ki, təhsil əməkdaşlığı baxımından müsbət dəyələndirilməldir. Və ola bilər ki, müvafiq olaraq ikili diplom proqramları tətbiq oluna bilər. Həm bizdə, həm də Kuzey Kıbrıs Türk Cümhuriyyətində xüsusilə də Bahçeşehir Kıbrıs Universitetində. Yəni, o baxımdan əlbəttə ki, belə görüşləri müsbət dəyərləndiririk".
Gülcan Salahova