Erdoğan: Nüvə stansiyası üçün Cənubi Koreya ilə danışıqlar davam edir
Prezident Rəcəb Tayyib Erdoğan və Cənubi Koreya Prezidenti Li Cae Myong görüşərək iki ölkə arasındakı əlaqələri müzakirə ediblər.
Erdoğan Koreyanı “qardaş ölkə” adlandıraraq tarixi bağları xatırladıb. Ticarət, turizm, enerji, süni intellekt, yarımkeçiricilər, yenilənə bilən enerji və müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın genişləndirildiyini bildirib. Hyundai-nin Türkiyədə elektrikli avtomobil istehsalına başlaması və Koreya şirkətlərinin Türkiyədə investisiyalarının artması müsbət dəyərləndirilib. Erdoğan həmçinin Azərbaycanın da marağına uyğun ola biləcək şəkildə nüvə enerji stansiyası qurulması ilə bağlı Cənubi Koreya ilə danışıqların davam etdiyini söyləyib. Hər iki ölkə Qəzza və digər regional münaqişələrdə atəşkəs, sülh və iki dövlətli həll yolunu dəstəklədiklərini vurğulayıb.
TRT Haber
Mələk Hüseynova